Rusiyada 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalov cəzasını vətənində çəkmək istəyir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə O. Zeynalovun vəkili Viktor Anikuşkin məlumat verib. O bildirib ki, məhkəmə qərarından apelyasiya şikayəti verən və hökmü hələ qüvvəyə minməyən Orxan vəkili vasitəsilə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlar aparır.
"Azərbaycan səfirliyi Zeynalovun cəzasını çəkəcəyi yer barədə qərara təsir edə bilər. Mən artıq səfirlikdə olmuşam, hazırda məsləhətləşmələr gedir. Orxan Zeynalovun bu cəhdi baş tutmasa, onun Şimali Qafqazda yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə məsələ qaldıracaq. Çünki orda onun yerliləri çoxdur"- deyə, Anikuşkin qeyd edib.
Qeyd edək ki, O. Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB