Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bərdə rayonunun Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB