Astarada “Təmiz hava aylığıı” çərçivəsində reyd keçirilib

Astarada “Təmiz hava aylığıı” çərçivəsində reyd keçirilib

"Təmiz hava aylığı" çərçivəsində Astara DYP və Ekologiya Təbii sərvətlər nazirliyinin 1 saylı ərazi üzrə nümayəndəliyi Astara rayonu ərazisində reyd keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, təqribən 3 saatlıq reyd zamanı 50-yə yaxın nəqliyyat vasitələri saxlanılıb. havaya buraxılan dəm qazının normadan artıq olduğuna görə, 30 avtomaşının sürücüsü barəsində inzibati protokol tərtib edilib.

Astara DYP-nin əməkdaşi İlqar Rəhimzadə bildirib ki,bəzi sürücülər hələ də yanacağın keyfiyyətinin aşağı olmasından, buna görədə nəqliyyat vasitələrinin korlandığından şikayətləniblər. Reyddə həmçinin əlavə avadanlıqların quraşdırılmasına görə, texniki baxışdan keçməyən, sürücülük vəsiqəsi, sürücülük hüquqi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri saxlanılıb cərimə meydançasına göndərilib.

Qeyd edək ki, belə reydlərin cənub bölgəsinin digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə