Taxıl və günəbaxan sahələrindən yüksək məhsuldarlıq əldə edilib

Taxıl və günəbaxan sahələrindən yüksək məhsuldarlıq əldə edilib

Bu il Samux rayonunda 2 hektara yaxın sahədə günəbaxan bitkisi əkilib. Hazırda yığım prosesi gedən sahələrdə bol məhsul var. Samux rayon icra hakimyyəti başçısının aqrar məsələlər üzrə müavini Şakir Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hər hektardan 2500-3000 kiloqrama yaxın məhsul götürülür.

Günəbaxanların hər biri isə 80-90 manata satılır. Yeni texnikaların verilməsidə məhsuldarlığın bol olmasına təkan verib. Belə ki, 42 ədəd köhnə kombayndan əlavə, 4 yeni kombaynın da fermerlərin istifadəsinə verilməsi taxıl biçininin uğurla aparılmasına səbəb olub. Belə ki, ötən il 32 sentner taxıl əldə edilibsə, bu ilə həmin göstərici 34 s-ə çatıb.

Qeyd edək ki, rayonda ümumilikdə, 9 min 77 hektar ərazidə taxıl əkilib ki, buradan da 29 min 583 ton məhsul yığılıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə