Həcc ziyarətinə gedən zəvvarlar üçün “biznes klass” salonlu təyyarələr ayırıb

Həcc ziyarətinə gedən zəvvarlar üçün “biznes klass” salonlu təyyarələr ayırıb
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar Səudiyyə Ərəbistanına xüsusi VİP təyyarələrlə uçacaqlar. QMİ-dən SİA-ya verilən məlumata görə, müqavilə əsasında uçuşları təşkil edəcək ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti zəvvarlar üçün "biznes klass" salonlu təyyarələr ayırıb. Təyyarələr yalnız nəzərdə tutulan qrafik üzrə qruplara bölünəcək zəvvarların uçuşlarını təşkil edəcək.

Ziyarətə ümumilikdə 3200 zəvvar yollanacaq. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək.

Sentyabrın 28-i Azərbaycandan Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə