Bu gündən artıq Bakıda şimal küləyi mülayimləşir, sabahdan isə cənub küləyi əsəcək. Yaxın günlər ərzində isə hələ isti hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, 24-29 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB