Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq çərçıvəsində Samux rayonundakı M. F.Axundov adına Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin inkşafı üçün pilot layihəsinin hazırlanması və Gürcüstanın Kənd Təsərrüfatı Kooperativlərinin İnkişafı üzrə Agentliyinin və Kənd Təsərrüfatı Layihələrinin İdarəedilməsi üzrə Agentliyinin iş təcrübəsinin, həmçinin "Gürcüstanda istehsal" Proqramının öyrənilməsi məqsədi ilə nazirliyin mütəxəssislərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün nümayəndə heyətinin Gürcüstanın Kənd Təsərrüfatı Naziri ilə görüşü nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB