ARGTMŞ “Xətdə” Payız Akademiyasına iştirakçıların qəbulunu elan edir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan "Xətdə" Payız Akademiyasına iştirakçıların qəbulunu elan edir. SİA-nın məlumatına görə, Akademiyanın məqsədi "Xətdə" (online) fəal olan gənclərin təlimləndirilməsi, bilik-bacarıqlarının artırılması və praktiki məşğələlərlə real təcrübəyə çevrilməsinə imkanyaratmaqdır. Akademiya 8-12 sentyabr 2014-cü il tarixlərdində Lənkəran şəhərində keçiriləcək.
"Xətdə" Payız Akademiyası 2 hissədən: təlim-tədris və mədəni idman proqramlarından ibarət olacaq. Təlim-tədris Proqramı zamanı iştirakçılara dövlət, biznes, KİV və QHT sektorlarını təmsil edən peşəkar ekspertlər tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə keçirilmiş mövzular üzrə iştirakçılar komandalara bölünəcək və öz ideyalarının təqdimatlarını keçirəcəklər. Ən yaxşı ideyaya malik komandalar mükafatlandırılacaq.
Akademiyada iştirak üçün 18-29 yaşlı mətbuat nümayəndələri, gənclər təşkilatları rəhbərləri və PR işi ilə məşğul olan şəxslər, "web" dizaynerlər, sosial şəbəkələrdən fəal istifadə edən gənclər www.xetde.nayora.az ünvanında qeydiyyatdan keçmə bilərlər.
Qeyd edək ki, son müraciət tarixi: 22 avqust 2014, saat 12:00-a kimidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB