Vəzifəli şəxslər 5 ildə bir dəfə attestasiya keçəcəklər

Vəzifəli şəxslər 5 ildə bir dəfə attestasiya keçəcəklər

Azərbaycanda dövlət metroloji nəzarəti həyata keçirən vəzifəli şəxslər 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. SİA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nda əksini tapıb.

Tutduğu vəzifədə 1 ildən az çalışan şəxs növbəti attestasiyadan keçirilmir. Attestasiyanın keçirilməsinin əsas məqsədləri dövlət metroloji nəzarəti həyata keçirərkən qanunvericiliklə müəyyən edilmiş hallarda iradnamə və tələbnamələrin verilməsi, habelə inzibati xəta haqqında protokol tərtib edən dövlət müfəttişlərinin bu sahəni tənzimləyən qanunvericilik aktlarına dair bilik səviyyələrini qiymətləndirməklə, onların tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, peşəkarlığın və əməyin səmərəliliyinin artırılması, şəxsin əlavə təhsilə zərurət dərəcəsinin müəyyənləşdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə