"SOCAR Yay məktəbi-2014" layihəsinin beynəlxalq enerji əməkdaşlığı məsələlərinə həsr olunan növbəti məşğələ günündə "Enerji təhlükəsizliyi: maraqlar və təhdidlər" mövzusunda təqdimat keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, tələbələrə enerji təhlükəsizliyi anlayışı və əhəmiyyəti, enerji təhlükəsizliyinə fərqli yanaşmalar, qlobal enerji istehlakı və istehsalı, enerji təhlükəsizliyi və təbii qazla bağlı risklər barədə ətraflı məlumat verilib. Sonra tələbələr Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda olublar. ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov layihə iştirakçıları ilə görüşündə ARDNŞ-in maliyyə strategiyasının formalaşmasından, 2025-ci ilədək kompleks strateji inkişaf proqramından, yeni layihələrdən və onların həyata keçirilməsində gənclərin mühüm rolundan bəhs edib.
"SOCAR Yay Məktəbi"nin sonuncu məşğələsi isə insan resurslarının idarə edilməsinə həsr olunub və iştirakçılara şirkətdə işə qəbul prosesi və iş imkanları, müvafiq şöbənin funksiyaları və fəaliyyəti haqqında məlumat verilib. Tələbələrlə görüşən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov "SOCAR Yay Məktəbi-2014" layihəsinin iştirakçılarına təhsildə uğurlar arzulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bununla da "SOCAR Yay məktəbi-2014" layihəsinin məşğələləri başa çatıb. Layihədə fərqlənən iştirakçıların İsveçrə, Türkiyə və Gürcüstanda ARDNŞ tərəfindən idarə olunan müəssisələrdə bir həftəlik təcrübə keçmələri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB