Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Azərbaycanda səfərdədir. FAİREX-dən bildiriblər ki, səfər çərçivəsində H.Knabl Azərbaycanın füsunkar dağ massivləri ilə tanışlıq məqsədilə "Salavat" İdman Klubunun rəhbəri İlqar İsrafilovun bələdçiliyi ilə Şahdağ və Qızıl qaya massivindəki Heydər zirvələrinə yürüş edib. İki gün davam edən yürüşdə H.Knabl Böyük Qafqazın suayrıcı və yan silsiləsində yerləşən zirvələrin Azərbaycanda dağçılıq idmanının inkişafında böyük əhəmiyyətə malik olduğunu və belə yürüşlərin ənənəvi hal aldığını bildirib. O, Heydər və Şahdağ zirvələrindən açılan mənzərənin onda heyranlıq doğurduğunu məmnunluqla vurğulayıb.
Azərbaycanda dağçılıq sahəsində mövcud potensialı müsbət qiymətləndirən H.Knabl ölkəmizdə idmanın bu növünün inkişafı ilə bağlı tövsiyələrini verib.
H.Knabl səfər çərçivəsində Azərbaycanın görməli yerləri ilə də tanış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB