Avqustun 13-də Lənkəran Mərkəzi kitabxanasında "Təmiz Dünya Uğrunda" insan alveri ilə mübarizə mövzüsunda dəyirmi masa təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə MKS-in direktoru Validə Məmmədova çıxış edərək bu sahədə olan qanunvericilik bazası haqqında geniş məlumatlar verib. Mərkəzi kitabxananın şöbə müdiri Xədicə Məmmədova respublikamızda insan alveri ilə bağlı görülən tədbirlər haqqında danışıb, insan alveri anlayışının mahiyyəti barədə məlumat verib. Bu səpkili tədbirlərin il boyu təşkil olunacağı bildirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB