Azərbaycanda saxlanılan erməni hərbi əsir ailəsinə məktub göndərib
Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan öz ailəsinə məktub göndərib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun qardaşı Arutyun açıqlama verib.
Əsirin qardaşı bildirib ki, artıq bir ildən çoxdur ki, əsirlikdə olan qardaşından tez-tez məktublar alırlar: "Bir ilə yaxındır ki, ondan məktublar alırıq. O, bizim məktublarımıza cavab verir. Yazır ki, özünü yaxşı hiss edir, problem yoxdur, lakin ümid edir ki, yaxın gələcəkdə onu üçüncü ölkəyə göndərəcəklər".
Qeyd edək ki, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB