Stress insanların həyatının ayrılmaz hissəsinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, normadan artıq işləmək, mübahisəli vəziyyətlər, anormal iş rejimi sinir sistemi pozuntularına, depressiyaya və ruh düşkünlüyünə səbəb olur. Sinir sisteminin problemləri əksər hallarda somatik və metabolik xəstəliklərə yol açır. Söhbət ikinci tip şəkərli diabetdən gedir.
Münxen Epidemiologiya İnstitutunun tədqiqatçıları stressin təsirinə başqa tərəfdən baxmağa çalışıblar. Alimlər 5300 nəfərdən ibarət təcrübə qrupunu 13 il müşahidə ediblər. Tədqiqatın sonuna yaxın 300 nəfərə ikinci tip şəkərli diabet diaqnozu qoyulub. İşdə daim stress vəziyyətdə olmağın bu xəstəliyin inkişaf riskini 45 faiz artırdığını müəyyən edən mütəxəssislər iş yerinin və rejiminin seçimində diqqətli olmağı tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB