Mərkəzi Xəstəxanada kadr çatışmazlığı yaşanır

Mərkəzi Xəstəxanada kadr çatışmazlığı yaşanır

"Kəlbəcər rayon mərkəzi xəstəxanasında hazırda 30 həkim, eləcə də 82 orta tibb işçisi çalışır. Lakin buna baxmayaraq xəstəxananın 7 tibb işçisinə ehtiyac var. Ehtiyac əsasən həkim-kardioloq, oftolmoloq və lorinqoloqadır. Stasianar və cərrahi şöbədə isə 3 nəfər orta tibb işçisinə ehtiyac var"- deyə, SİA-nın bölgə müxbirinə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Adil Nəcəfov məlumat verib.

Mərkəzi xəstəxananın həkim briqadası 56 rayonun 707 yaşayış məntəqəsində məskunlaşan kəlbəcərdən olan məcburi köçkünləri də vaxtaşırı müayinədən keçirir. Xəstəxananın yerləşdiyi bina köhnə olduğundan yeni binanın tikintisi də nəzərdə tutulub. Kəlbəcər rayon Mərkəzi Xəstəxanası ilə iki həkim məntəqəsi ümumilikdə 25 min kəlbəcərliyə xidmət göstərir.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə