Beynəlxalq Gənclər Günü münasibətilə Heydər Əliyev park kompleksində "Gəncə gənclər şəhəri" adlı festival keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, festival zamanı ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyi və bu sahədə müxtəlif dövlət proqramlarının qəbul olunduğu vurğulanıb.
Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi də iştirakçıların diqqətinə çatdırılıb. Qonaqlar müxtəlif layihələri əks etdirən sərgi ilə tanış olublar. Müxtəlif mövzulu müsabiqələr, rəqs və mahnıları maraqla qarşılayan xarici gənclər Azərbaycanda ilk dəfə olmalarına baxmayaraq, ölkələrinə xoş təəssüratlarla dönəcəklərini vurğulayıblar.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB