Gəncədə daha çox Texnologiya Universitetinə maraq var

Gəncədə daha çox Texnologiya Universitetinə maraq var

Ötən illərdə olduğu kimi, bu il də Gəncə şəhərində ən çox maraq Gəncə Dövlət Universitetinədir. Düzdür, ixtisas seçimi bu gün tam başa çatmasa da, indidən bu ali məktəbdə oxumaq istəyənlərin sayı yetərincədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, universitetin fakültələrinə maraq bu gündə ixtisas seçənləri cəlb edir.

Bundan əlavə, universitetə imtiyazlı ailələrdən daha çox qəbul olub. Gəncə Dövlət Universiteti ilə yanaşı, Azərbaycan Texnologiya Universitetində də builki qəbul ötən ilkilərdən daha çox gözlənilir. Belə ki bu ali təhsil ocağında 5 yeni ixtisas açılıb ki, mütəxəssislər də bu ixtisaslara artıq tələbələrin olduqca böyük maraq göstərdiyini bildirir. Ümumilikdə 2014-2015-ci tədris ili üçün Azərbaycan Texnologiya Universitetində ilkin mərhələdə 875 plan yeri ayrılıb ki, artıq bunların da 587-si dolub.

Ölkənin tək aqrar ali təhsil bazası olan Azərbaycan Dövlət Aqrar Universitetinə 1600 plan yerinə 400-dən artıq tələbə sənədlərini təsdiqləyib. Buna baxmayaraq dövlət əhəmiyyətli ixtisaslara maraq bu il olduqca azdır. Statistikaya görə aqronom, baytar və bu kimi dövlət əhəmiyyətli sahələrə 520 plan yeri ayrılsa da, bu gün yalnız 127 qəbul aparılıb.

Qeyd edək ki, hələlik ixtisas seçimi yekunlaşmayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abiturientlərə ixtisas seçimi üçün avqust ayının 18-ə kimi əlavə vaxt verilib.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə