İranın Azərbaycandakı səfiri başsağlığı verdi

İranın Azərbaycandakı səfiri başsağlığı verdi

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli cərrah və həkim, Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib. SİA-nın səfirliyin saytına istinadən verdiyi xəbərə görə, səfir görkəmli iranlı cərrah və həkim, professor Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verib, mərhumun ruhu üçün Allahdan rəhmət diləyib.

"Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadigar qoydu" - deyə, səfir qeyd edib.

qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib. O, pnevmoniyadan əziyyət çəkirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə