Oktyabrın 2-3-də Bakıda keçiriləcək IV Humanitar Forum çərçivəsində 8 mövzu üzrə dəyirmi masalar təşkil olunacaq. SİA-nın forumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyirmi masaların mövzuları aşağıdakılardır:
"Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru";
"Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri";
"İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu";
"Davamlı inkişaf və ekoloji sivilizasiya";
"Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında";
"Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər";
"Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları";
"Humanizm postmodern dövrün başlıca dəyəri kimi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB