Uğursuzluq Serj Sarksyanın psixikasına təsir edib
Sarkisyan panikadadır

Soçi danışıqları və Dağlıq Qarabağı Gömrük İttifaqına daşımaq cəhdinin uğursuzluğu Ermənistan prezidentinin psixikasına güclü təsir göstərib. SİA-nın ans tv-yə istinadən verdiyi məlumata görə, Serj Sarkisyan Soçidə "Sülh göyərçini" kimi çağırışlar edəndən sonra qəfildən belə bir bəyanatla çıxış etdi ki, bizim təsir dairəsi 300 kilometr olan ballistik raketlərimiz var, onlar Ağdamı etdiyimiz kimi Azərbaycanın istənilən çiçəklənən şəhərini xarabalığa çevirə bilər.

Birinci Qarabağ müharibəsində qətllərdə, cinayətdə iştirak etmiş Sarkisyan qəfil müharibənin yaxşı iş olmadığını, məzuniyyətə çıxdığını elan edir. Bəs, nə oldu ki, Sarkisyan belə başını itirdi? Keçən şənbə-bazar o, Soçidə özünü sakit aparan, Qarabağ probleminin həlli ehtimalını müzakirə edən prezident bir gün sonra gurultulu çıxış elədi, dağıdacaq, bombalayacaq və qıracaq. İndi isə məlum olur ki, məzuniyyətə gedir. Hərbi psixoloqlar belə hesab edir ki, insan çıxılmaz vəziyyətə düşəndə panik və xaotik hərəkətlər etməyə başlayır.

Hərbi psixoloq Azad İsazadənin sözlərinə görə, müqayisə etsək ki, meşədə azmış insan ya sağa, ya da sola qaçır, Qabağa, arxaya çıxış yolu axtarır. Həmin bu siyasi meşəyə düşən bu insan da faktiki olaraq hansı bir çıxış yolu tapmağa çalışır. Bir-birinə zidd hərəkətlər, bəyanatlar, o cümlədən raket atan adam, səhərisi gün ezamiyyətə getməməliydi".

Faktiki olaraq Sarkisyan panikadadır və çıxış yolu axtarır, axı onun ölkəsində problemlər tək siyasi, hərbi sahədə deyil, iqtisadi-sosial durumu ağır vəziyətdə olan, hər addımında müxalifəti prezidentinin istefasını tələb edən ölkənin rəhbərindən ancaq bu hərəkətləri gözləmək olardı.

Biz də arxayın olmamalıyıq. Hesab edilir ki, panik vəziyyətdə olan insan nəisə çıxış yolu tapırsa, o yoldan dönməyə qorxa da bilər. Ermənistan unutmamalıdır ki, Azərbaycanın da bu cür ballistik raketləri var. Əgər "Favorit"lə İrəvanı vursaq, Metsamor Atom Elektrik Stansiyası yerləşən bu şəhər tamamilə yerlə-yeksan olar, onda nəinki erməni dövlətinin, erməni xalqının mövcudluğu sual altına düşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə