Mən Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarının nəticələrini öz gözlərimlə gördüm. Bu, dəhşətdir. Onlar qocalara, uşaqlara belə aman verməyərək qarşılarına çıxan hər kəsi xüsusi qəddarlıqla qətlə yetiriblər. Bu soyqırımını törədənlərə qarşı nifrətim sonsuzdur.
Bu sözləri "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Ella Qocayeva Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra müsahibəsində deyib.
Məktəbli bildirib ki, tur-aksiya çərçivəsində indiyədək Şabran, Qusar və Quba rayonlarına ekskursiya etmişik. Hər bir rayonda maraqlı tarixi məkanlar, istirahət guşələri və insanlarla tanış olduq. Mən Quba Soyqırımı Memorial Kompleksində və buradakı kütləvi məzarlıqda gördüklərimdən çox təsirləndim. İnanıram ki, soyqırımı qurbanlarının, Vətən yolunda canını fəda edən şəhidlərimizin qanları yerdə qalmayacaq. Biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə mənfur qonşularımızı diz çökdürəcək və əzəli torpaqlarımıza dönəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB