Çexiyadan vətəndaşlarına xəbərdarlıq Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına getməyin

Çexiyadan vətəndaşlarına xəbərdarlıq Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına getməyin

Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb. SİA-nın Çexiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsini təmin edə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə