Erməni silahlı birləşmələrinin avqustun 10-da Azərbaycan ərazilərini atəşə tutması nəticəsində və Azərbaycan silahlı qüvvələrinin düşmənin susdurulması məqsədi ilə açdığı cavab atəşi nəticəsində yanan iki erməni evindən yeni xəbər var. SİA erməni saytına istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin Aygepar kəndində evi yanan 78 yaşlı Arşalyus Gevokyan öz arvadı və oğlu ilə qoşularının evində yaşayır.
Kəndin icra nümayəndəsi Andranik Aydinyan isə bildirib ki, atəş avqustun 10-da saat gecə 2 radələrində başlayıb və Azərbaycan tərəfdən atılan güllələr ilk öncə Vano Vardazaryanın evinin damını yandırıb, yanğın sonradan Aarşalyus Gevorkyanın evinə keçib.
Kəndin icra nümayəndəsi evləri yananlara dövlətdən heç bir yardım göstərilmədiyini deyib və bildirib ki, onların bundan sonra harada məskunlaşacaqları da məlum deyil.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB