Zabitlərimiz Moskvada beynəlxalq tədbirə qatılacaqlar

Zabitlərimiz Moskvada beynəlxalq tədbirə qatılacaqlar

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 13-dən 17-dək Moskva şəhərində (Rusiya) "Maşınqayırma texnologiyaları-2014" 3-cü beynəlxalq forumunda və "Oboronekspo-2014" sərgisində iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə