Serbiyanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Serbiyanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Avqustun 11-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin Azərbaycan Respublikasına rəsmi səfəri başlayır. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, eləcə də Təlim və Tədris Mərkəzi ilə tanışlığı da gözlənilir.

Səfər avqustun 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə