Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə başsağlığı verib. SİA-nın xəbərinə görə, başsağılı məktubunda deyilir: "Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB