"Aztəminatlı, qaçqın və məcburi köçkün gənclərinə təlimlərin keçirilməsi" FOTO
Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sumqayıtda "Aztəminatlı, qaçqın və məcburi köçkün gənclərə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində ilk təlim günü başa çatıb. SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi təlim proqramı zamanı aztəminatlı, qaçqın və məcburi köçkün gənclərin adi təhsil proqramında əldə edə bilmədiyi bilikləri qazandırmaq və onların peşəkar iş həyatına qatılmasına imkan yaratmaqdır.
Bundan əlavə, gənclərə təmənnasız təlimlər keçərək onlar üçün əlçatmaz sayılan biliklərin verilməsi, cəmiyyətdə savadlı, peşəkar gənclərin sayının bir qədər də artırılması layihə mühüm rol oyanyıb. Təlim proqramı çərçivəsində gənclər gələcəkdə peşəkar həyatda istifadə edə biləcəkləri bir sıra fundamental biliklərə sahib olacaqlar.
Təlimlər 5 gündən ibarətdir və hər gün Layihə İdarəetməsi, İşgüzar Ünsiyyət, Liderlik qabiliyyətinin təkmilləşdirilməsi, Risklərin İdarəedilməsi, Vaxtın İdarəolunması kimi müxtəlif sahələri əhatə edəcək. Təlimin ilk iki günü artıq başa çatıb. Bu günlər ərzində təlim iştirakçıları Layihə İdarəedilməsinin əsasları və eləcədə İşgüzar Unsiyyət barədə geniş əhəmiyyətli biliklərə yiyələniblər.
Təlim proqramı çərçivəsində iştirakçılar layihələrin əhəmiyyəti onların idarəolunmasının əsas məqamları, işgüzar ünsiyyətin növləri, şifahi və yazılı ünsiyyətin qurulmasının uğur formulu, tərcümeyi halların yazılmasının mühüm məqamları,uğurlu təqdimat keçirmənin qaydaları və digır bu kimi faydalı informasiyalar əldə ediblər.
Hər bir təlim gününün sonunda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB