Xəzərdə zəlzələ olub

Azərbaycanın Xəzər sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ saat 11:40:23-də Xəzər dənizində qeydə alınıb. Episentrdə zəlzələnin maqnitudasi 3,3 bal, dərinliyi 62 km olub.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə