Sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək "ADEX-2014" birinci beynəlxalq müdafiə sənayesi sərgisində Belarus milli pavilyonla və müdafiə sənayesi şirkətlərinin geniş qatılımı ilə iştirak edəcək. SİA-nın sərginin saytına istinadən verdiyi xəbərə görə, sərgidə Belarus milli pavilyonunda dövlət və özəl sektorda fəaliyyət göstərən 18 təşkilat stendlə təmsil olunacaq. Onların arasında "Belspetsvneştexnika", OKB TSP, "558 saylı Aviasiya Zavodu", "Aerosystem", AGAT System, Belomo Holding, KBDisplay, "Midivisana", "Virtual Technologies" və digər şirkətlər yer alacaq.
OKB TSP şirkəti tərəfindən sərgidə Azərbaycan Silahlı Qüvvələri üçün "Şerşen" tank əleyhinə idarə olunan raket kompleksi əyani şəkildə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB