Fazil Mustafa: “Türkiyə hökuməti dəfələrlə əsgərlərimizin ödənişsiz müalicəsi üçün hər cür şərait yaradıb” MÜNASİBƏT
"Türkiyə hər zaman Azərbaycana öz dəstəyini müxtəlif formalarda göstərib". SİA-nın məlumatına görə, sözügedən fikirləri millət vəkili Fazil Mustafa Türkiyədə müalicə olunan əsgərlərimizə qardaş ölkənin rəsmilərinin diqqət göstərmələrinə münasibətini bildirərkən deyib.
"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun yaralı əsgərlərimizlə yaxından maraqlanması dünyaya verilən mesaj idi", - deyə qeyd edən millət vəkili onu da bildirib ki, bu davranış həm də onu göstərdi ki, Türkiyə Azərbaycanla bağlı məsələlərə məntiqi həssaslıqla yanaşır: "Türkiyə hökuməti tərəfindən indiyə qədər dəfələrlə əsgərlərimizin ödənişsiz müalicəsi üçün hər cür şərait yaradılıb. Bu addım da təbii ki, çox müsbət bir addımdır. Ən azından hərbi sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının səviyyəsini dünyaya göstərməsi baxımında olduqca faydalıdır".
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb. Əsgərlərin müalicəsiniisə Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb. Hazırda onlarım müalicələri qardaş ölkənin ixtisaslaşmış həkim heyəti tərəfindən ciddi nəzarət altındadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB