Ötən gecə yerin təbii peyki olan Ay Yerə maksimal dərəcədə yaxınlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bütün dünyada milyonlarla insan bu nadir hadisəni müşahidə edə bilib. Belə ki, Ayla Yer arasında məsafə minimuma enərək 350 min kilometr təşkil edib. Bu zaman Ay vizual olaraq 14% daha böyük və 30% daha parlaq görünüb.
Bu hadisə elmdə "super ay" adlandırılır. Baxmayaraq ki bu cür hadisənin ildə 2 dəfə olması ehtimal olunur, lakin 2014-cü ildə bu, artıq 4-cü superaydır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB