Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində avqustun 10-da Xaçmaz və Qusar məktəbliləri Gəncəyə gəliblər. Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan parka heyranlıqla tamaşa edən məktəblilərə bildirilib ki, burada amfiteatr, müasir incəsənət muzeyi, "Gənclər" kafesi, əyləncə mərkəzləri fəaliyyət göstərir. Bundan başqa parkdakı Zəfər tağı dünyada mövcud olan 64 tikilidən biridir ki, onun ətrafında yaradılmış alleya şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.
Şagirdlər Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Şagirdlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, eləcə də mərkəz haqqında, onun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Xaçmaz rayon təhsil şöbəsinin əməkdaşı, qrup rəhbəri Azad Bədəlov müsahibəsində deyib: "Respublikamızın çox bölgəsində olsam da belə möhtəşəm mərkəz görməmişdim. Mən bunu gəncəlilərin Ulu Öndərə olan məhəbbətlərinin abidəsi kimi dəyərləndirirəm. Sağ olsun prezidentimiz. Bu tur-aksiya təşkil olunmasaydı, Gəncənin gözəlliklərindən bixəbər qalacaqdım".
Avqustun 11-də Xaçmaz və Qusar məktəbliləri Gəncənin görməli yerlərinə, eləcə də tarixi abidələrinə ekskursiyalarını davam etdiriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB