Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərinə yerli vaxtla 8.00-da başlanan səsvermə saat 17.00-da yekunlaşıb. Hazırda səslərin sayılması prosesinə başlanılıb. Prezidentlik uğrunda mübarizə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş arasında aparılır.
Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər səsvermə hüququna malikdir. Yaxın saatlarda səsvermədə iştirak edənlərin ümumi sayı barədə ASK tərəfindən məlumat gözlənilir.
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB