Milli Məclisin deputatları Ankarada müşahidələrini davam etdirir

Milli Məclisin deputatları Ankarada müşahidələrini davam etdirir

Xəbər verdiyimiz kimi, Azərbaycan -Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Nizami Cəfərov və həmkarı Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini Ankarada müşahidə edirlər.

Mili Məclisin deputatları səsvermə başlayandan otuzdan çox seçki məntəqəsində olublar.

Nizami Cəfərov bildirib ki, müşahidə apardıqları məntəqələrdə qanun pozuntusuna rast gəlməyiblər. Səsverməyə aid bütün məsələlər qanunauyğun formada, təlimatlar əsasında aparılır.

Qeyd edək ki, onlar səslərin sayılması prosesini də izləyəcəklər.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə