Türkiyədə prezident seçkilərinə səsvermə başladı

Türkiyədə prezident seçkilərinə səsvermə başladı

Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkiləri avqustun 10-da yerli vaxtla saat 8.00-da başladı. Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər səsvermə hüququna malikdir. Avqustun 9-da yerli vaxtla saat 18.00-dan başlayaraq seçkilərlə bağlı bütün təbliğat-təşviqat işləri dayandırılıb.

Prezidentlik uğrunda mübarizə Baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş arasında aparılır.

Rəcəb Tayyib Ərdoğan və Ekmələddin İhsanoğlu İstanbulda, Səlahəddin Dəmirdaş isə Diyarbəkirdə səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə