Azərbaycan alimi beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Azərbaycan alimi beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika və biologiya fakültələrində ezamiyyətdə olub.

İnstitutdan bildiriblər ki, Rövşən Xəlilov MDU-nun alimləri ilə birgə müasir cihaz və üsullara dair layihə üzrə bir sira elmi-tədqiqat işləri yerinə yetirib.

Azərbaycan alimi, həmçinin universitetdə keçirilən "NANO 2014 - nanostrukturlu materiallar" adlı XII Beynəlxalq konqresdə məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə