Yalçın Sönmez: "Azərbaycanın güclənməsi Türkiyə üçün strateji əhəmiyyət daşıyır"
Xəbər verdiyimiz kimi, son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumları Türkiyədə kəskin etirazla qarşılanıb. Ölkə ictimaiyyəti Azərbaycana dəstəyini davam etdirir.
"Türkiyə kiçik və orta ölçülü müəssisələr, sərbəst peşə mənsubları və idarə edicilər" İctimai Birliyinin (TOSYOV) sədri Yalçın Sönmez AzərTAc-a müsahibəsində deyib: "Azərbaycanın sürətli inkişafı və ordu quruculuğundakı nailiyyətlər Türkiyədə böyük sevinc və qürur hissi ilə qarşılanır. Azərbaycanın güclənməsi Türkiyə üçün strateji əhəmiyyət daşıyır".
Ermənistan silahı qüvvələri tərəfindən atəşkəs rejiminin pozmasına və dünya birliyinin bunu sükutla qarşılamasına etirazını bildirən Y.Sönmez əminliklə vurğulayıb ki, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etmək iqtidarındadır. Artıq məğlub olduğunu anlayan Ermənistan hakimiyyətinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın səy göstərdiyi sülh danışıqlarının mahiyyətini heçə endirməkdir.
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB