Yay məktəbinin iştirakçıları “Eko Park”da olublar

Yay məktəbinin iştirakçıları “Eko Park”da olublar

"SOCAR yay məktəbi-2014"ün ekologiya və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit mövzusuna həsr olunan növbəti məşğələ günündə iştirakçılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekopark"ında olublar. İştirakçılara parkın təhlükəsizlik qaydaları barədə məlumat verilib və "Ekopark" layihəsi" mövzusunda təqdimat keçirilib. Daha sonra tələbələr parkın ərazisi ilə tanış olublar.

Ekologiya idarəsinin rəisi Azər Əliyevin iştirakçılarla görüşündə idarənin bərpa olunan enerji və Bakı buxtasının təmizlənməsi ilə bağlı ekoloji layihələrindən bəhs olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə