Zaqatalada tütün əkini sahələri genişləndirilib

Zaqatalada tütün əkini sahələri genişləndirilib

Zaqatala rayonunda ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür. SİA-nın verdiyi məlumata görə, bu il zaqatalalı fermerlər 503 hektar sahədə ətirli tütün yetişdiriblər. Tütün sahələri əvvəlki ilə nisbətən 67 hektar genişləndirilib.

Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Yığılmış yaş tütün qurudulmaq üçün "İnter Tobacco" MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı müəssisəsinə təhvil verilir. Yaş tütün müəssisədə Bolqarıstanın "Ronis" şirkətinə məxsus odla tütünqurutma kameralarında qurudulduqdan sonra emal müəssisələrinə göndərilir.

Qeyd edək ki, indiyədək rayonda 250 tona yaxın quru tütün istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə