Ağstafada stend atıcılığı üzrə rayon birinciliyi keçirilib

Ağstafada stend atıcılığı üzrə rayon birinciliyi keçirilib

Ağstafada rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsi məqsədilə pnevmatik silahdan güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. Yarışda müxtəlif yaş qruplarında 40 nəfər yeniyetmə iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən birinciliyin yekununda qaliblər müvafiq diplom və müxtəlif həvəsləndirici hədiyyələrlə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə