Hacı Surxay Məmmədli şəhidlərimizə xütbə oxudu

Hacı Surxay Məmmədli şəhidlərimizə xütbə oxudu

Bu gün İçərişəhər "Cümə" məscidində QMİ-nin səlahiyyətli nümayəndəsi, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədlinin imamlığı ilə 2-ci cümə xütbəsi oxunub.

Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olan Vətən oğulları üçün oxunan 2-ci cümə xütbəsin təqdim edirik: Bir millətin şərəf və ləyaqətini qoruyan və o milləti millət edən şəhidlərdir ki, həmən millətin ucalmağı və tanınmağı şəhidlər sayəsində olmuşdur.İslam ümmətinində izzətə çatmağı və dünyada ən üstün bir ümmətə çevrilməyinin əsas səbəbi Hz.imam Hüseyn(ə) olmuşdur.İmam Hüseyn(ə) əgər şəhid olmasaydı şəhidlik tarixi olmazdı.Şəhidlik məktəbinin banisi olan O həzrət öz şəhadəti ilə İslam ümmətinin dəyərinə və bu ümmətin canındanda əziz olan bir məqama çevirildi.

"Həyat iman və cihaddır"deyən imam Hüseyn(ə) öz körpəsinin qanını əlinə alır və buyurur "Əgər İslamın yaşaması üçün bir bu balam qalıbdırsa,bunuda qurban verirəm". Doğrudanda o həzrət bizə ölümsüzlüyün yolunun şəhadətdən keçdiyini öyrədir.İmam Hüseyn(ə) öz zəmanəsinin şəhidi deyil bütün zamanların şəhididir.İmamın şəxsiyyətini Qurani Kərimdəki İbrahim(ə) və İsmayıl(ə)ın hadisəsində görürəm. İbrahim(ə)ın Allah üçün qurban apardığı İsmayili(ə) Allah sübhan qoç qurbanı ilə əvəz etdi lakin imam Hüseyn(ə)ın Allah,ümmət və dinimiz üçün Kərbəla səhrasına apardığı qurbanlarının heç bir əvəzi gəlmədən Allah tərəfindən qəbul edildi.

Bütün zamanlarda zalıma qarşı məzlumun gücün görmək olur. Zalım güclüdür ya məzlum?Bu sualın cavabını imam Hüseyn(ə) bizə öz şəhadəti ilə və şəhidlik məktəbinin banisi olmaqlıqla verdi.

Gərək bizlərdə bu məktəbdən yararlanaraq öz millətimizin,vətənimizin,xalqımızın müdafiəsinə qalxaq əgər lazım gələrsə öz şirin vanımızdan keçməyə hazır olaq.

Bütün xəbərlər Facebook səhifəmizdə