Azərbaycanda ölən erməni diversantın ailəsi məlumatlandırılıb

Azərbaycanda ölən erməni diversantın ailəsi məlumatlandırılıb

Azərbaycanda dünyasını dəyişən Ermənistan vətəndaşının ailəsinə onun ölüm xəbəri çatdırılıb. SİA-nın xəbərinə görə. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, neytral vasitəçi olaraq BQXK Ermənistan hakimiyyət orqanlarını və ölmüş şəxsin ailəsini məlumatlandırıb.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib. Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə