“Gəncləri mədəniyyət evlərinə, dərnəklərə, kitabxanalara istiqamətəndirməliyik”
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli mənəvi dəyərlərin qorunması və təbliği" layihəsi çərçivəsində növbəti dəyirmi masa Xaçmaz şəhərində keçirilib. SİA-nın verdiyi məlumata görə, qloballaşma şəraitində milli mənəvi dəyərlərin qorunmasındakı çətinliklərdan danışan layihə rəhbəri İlham Əliyev təəssüflə bildirib ki, əcdadlarımızın minillərlə yaşatdığı, nəsildən-nəsilə keçmiş bir sıra adət-ənənələr artıq unudulub. Layihə rəhbərinin sözlərinə görə, hazırkı orta nəsil milli adət-ənənələrimizin qorunmasına səy göstərməli, gəncliyi doğru yola istiqamətləndirməlidir. İ.Əliyev deyib ki, çağdaş gəncliyin dini təriqətlərin təsirinə düşməsi, mənfi meyllərə istiqamətlənməsində həm də kütləi informasiya vasitələri məsuliyyət daşıyırlar.
O, elektron KİV-ləri reytinq naminə gənclərin əxlaqını pozan materialları yaymamağa çağırıb. Rayon ziyalısı Zöhrab Məmmədov gənclərin asudə vaxtının düzgün təşkil olunması üçün əlavə tədbirlərə ehtiyac olduğunu deyib: "İndiki gənclik daha çox kompüter oyunlarına, internetə vaxt ayırır. Seriallara baxır. Bunlar isə gənclərə bəzən qəddarlıq, qeyri-humanist hisslər aşılayır. Biz gəncləri mədəniyyət evlərinə, dərnəklərə, kitabxanalara istiqamətəndirməliyik. Azərbaycan gəncliyini yalnız kitab, mədəniyyət ocaqları düzgün yola istiqamətləndirə bilər. Onlar kitabdan ayrı düşsələr, qeyri-ənənəvi, zərərli dini təriqətlərin təsirinə düşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB