Türkiyədən Azərbaycana uçuşlar günorta saatlarında bərpa olunacaq

Türkiyədən Azərbaycana uçuşlar günorta saatlarında bərpa olunacaq

Türkiyədəki əlverişsiz hava şəraiti ilə bağlı Azərbaycana səfərlərdə gecikmələr olub. ötən gündən başlayan gecikmələr nisbətən düzəlsə də, uçuşlar tam bərpa olunmayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, pis hava şəraiti ilə əlaqədar daxili və xarici reysləri təxirə salan İstanbuldakı Atatürk Hava Limanı bu gün günorta işini bərpa edə bilər.

Qeyd edək ki, leysan yağışları və tufan səbəbindən İstanbuldakı Atatürk aeroportu dünəndən bütün reysləri təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə