FHN dağlarda əməliyyat keçirir FOTOLAR

FHN dağlarda əməliyyat keçirir FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 2014-cü il "Hazırlıq" planına əsasən xidmətin 59 nəfərdən ibarət şəxsi heyəti təlim keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimdə 9 ədəd texnika, 3 baş xüsusi təlim keçmiş it və Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin 10 xilasedicisi (ümumilikdə 71 nəfər) iştirak edib. "Dağlıq və mürəkkəb relyefə malik ərazilərdə axtarış-xilasetmə əməliyyatlarının təşkili və keçirilməsi" mövzusunda təşkil olunan təlim Qəbələ rayonu Vəndam kəndi yaxınlığında çətin keçidli meşə massivində səhra çıxışı keçirilib.

Şəxsi heyət üçün 13 elementdən ibarət səhra düşərgəsi açılıb. Düşərgə üzrə sutkalıq növbətçilik xidməti təşkil edilib. Dağ hazırlığı üzrə praktiki məşğələlərin keçirilməsi üçün düşərgədən 4 km uzaqlıqda dağ-meşə massivlərində yerləşən təlim nöqtələri seçilib.

Səhra çıxışı zamanı xilasedicilərə düşərgənin qurulması, mürəkkəb şəraitdə (dağ, yarğan, meşə və s.) gecə və gündüz axtarış cihazları və xüsusi təlim keçmiş itləri tətbiq etməklə axtarış-xilasetmə işlərinin yerinə yetirilib. Zərərçəkmişlərin təxliyə edilməsi üçün müvafiq xilasetmə alət və avadanlıqdan istifadə edərək dağ çayları üzərindən keçidlərin qurulub. Alpinist ləvazimatından və əl altı vasitələrdən istifadə edərək yüksəklikdən və yarğandan zərərçəkmişlərin təxliyəsi işləri aparılıb. Zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi sahələri üzrə praktiki məşğələlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə