Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Biznes Etikası, Biznesin uğuru" layihəsinə start verilib. SİA-nın xəbərinə görə, bu gün YAP GB-nin ofisində layihə çərçivəsində ilk təlim keçirilib.
Təlim Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aman Əsgərov tərəfindən aparılıb. Təlimdə iştirak edən gənclərə biznes etikası, ümumilikdə biznesdə uğur qazanmağın yolları, biznesdə etikanın bir sıra komponentləri haqqında məlumat verilib.
Təlim zamanı gənclər onları maraqlandıran suallara cavab alıblar.
Qeyd edək ki, iki gün davam edəcək təlimin sonunda fərqlənən gənclərə sertifikatlar veriləcək.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB