AHİK sədri Türk Egitim-Senin nümayəndə heyətini qəbul edib FOTO

AHİK sədri Türk Egitim-Senin nümayəndə heyətini qəbul edib FOTO

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib. Qurumdan SİA-ya verilən xəbərə görə, görüş zamanı AHİK sədri qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Türk Eğitim-Sen arasındakı səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Türk Eğitim-Sen arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilə qarşılıqlı səfərlərin təşkil edilməsi ilə təcrübə mübadiləsinin aparılması barədə müddəa da öz əksini tapıb. Həmin müqavilə əsasında da Türk Eğitim-Senin 12 nəfərlik nümayəndə heyəti avqustun 4-də Azərbaycana səfər edib. Qonaqlar səfər çərçivəsində ATİAHİ-nin Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Təhsil" İstirahət Mərkəzində olmuş, Quba Soyqırımı Memorial Kompleksinə və digər tarixi abidələrə baş çəkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə