Ölkənin qərb bölgəsində onkoloji xəstələrin sayı artıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, son 6 ay ərzində ölkənin Qərb bölgəsində onkoloji diaqnoz qoyulan xəstələrin sayı artıb.
Rəsmi rəqəmlərə görə, 100-ə yaxın şəxsdə bu xəstəliyin ilkin simptomları aşkar edilib. Başqa sözlə desək 100 min əhali üçün 20 nəfər təşkil edir. Lakin bu artım hər hansı ciddi bir təhlükədən xəbər vermir. Hər ötən beş il ərzində bütün dünya üzrə bu xəstəliyin sayı artmaqdadır. Bundan əlavə ötən illərdən fərqli olaraq bu gün onkoloji xəstəliklərin müayinəsi və müalicəsi üçün inkişaf etmiş ölkələrdən tibbi avadanlıqlar gətirib ki, bu da xəstəliyin vaxtında qarşısını almağa və müalicə edilməsinə imkan yaradır. Bu xəstəliklər isə qadınlarda daha çox qeydə alınıb. Ayrıca bu gün əhali arasında maarifləndirmə tədbirləri də öz nəticəsini verir.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB