Polşanın Azərbaycandakı səfiri ölkəni tərk edir

Polşanın Azərbaycandakı səfiri ölkəni tərk edir

Polşanın Azərbaycandakı səfiri Mixail Labenda avqustun 31-də ölkəni tərk edəcək. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfirin Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.

M. Labenda 2010-cu ilin oktyabrından Azərbaycanda çalışır. Səfir vəzifəsinə namizəd artıq müəyyənləşdirilib və Azərbaycan tərəfi ilə razılaşdırılıb. Prezident Bronislav Komorovski müvafiq sərəncam imzaladıqdan sonra onun adı açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə