Prezident Latviyanın müdafiə nazirini qəbul edib

Prezident Latviyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını deyib.

Latviyanın müdafiə naziri Raymonds Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirib. O, Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə